Qəzzada bir ailənin 80 üzvü kütləvi məzarlıqda dəfn edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İsrail ordusunun vurduğu binanın dağıntıları altından çıxarılan cəsədlər 1,5 il sonra torpağa tapşırılıb.
Məlumata görə, Qəzza zolağının Deyr əl-Bəlah şəhərində Səlim ailəsinin 80 fələstinli üzvünün cəsədi kütləvi məzarlıqda dəfn olunub.
Onların nəşləri yaşayış binasının dağıntıları altından zərbədən demək olar ki, il yarım sonra çıxarılıb.
Bildirilir ki, beşmərtəbəli bina İsrail ordusu tərəfindən hədəfə alınıb və zərbə endirilən zaman orada 100-dən çox insan olub.
Üç gün davam edən axtarış-xilasetmə işlərindən sonra həlak olanlar üçün Əl-Şifa tibb kompleksinin ərazisində cənazə namazı qılınıb, daha sonra cəsədlər kütləvi məzarlıqda torpağa tapşırılıb.
Xuraman Etibarlı
İnterpress.az