AZ

TƏCİLİ: Türkiyədə naməlum PUA yerə düşüb

Türkiyənin qərbində yerləşən Kocaeli vilayətində naməlum mənşəli pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin IHA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yerli sakinlər PUA-nı Çubuklubala rayonunun kənd ərazisində aşkar edərək aidiyyəti qurumlara xəbər veriblər. Hadisə yerinə jandarma qüvvələri cəlb olunub və ərazi nəzarətə götürülüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz uçuş aparatının kimə məxsus olduğu və yerə düşmə səbəbləri müəyyənləşdirilir. İlkin məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
70
editor.az

1Mənbələr