AZ

Çobanın səhvi FƏLAKƏTLƏ NƏTİCƏLƏNDİ: 300 qoyun SUDA BOĞULDU – VİDEO

Başqırdıstanda çoban 300 qoyunu buzun üzərinə çıxarıb, yüzlərlə heyvan suya qərq olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumata görə, Rusiyanın Başqırdıstan Respublikasında qeyri-adi və faciəvi hadisə baş verib.

Çoban 300 baş qoyunu buz bağlamış su hövzəsinin üzərindən keçirmək qərarına gəlib. Lakin buz qatı ağırlığa tab gətirməyərək qırılıb.

Nəticədə yüzlərlə heyvan suya düşərək boğulub.

Yerli sakinlər baş verənlərdən dəhşətə gəliblər. Onlar əmindirlər ki, suda qalan yüzlərlə heyvan cəsədi rayon ərazisində ekoloji fəlakətə səbəb olacaq.

Hadisənin səbəbkarı olan çoban fəsadların aradan qaldırılmasına kömək etməkdən imtina edir.

Yerli administrasiyanın isə hələlik hərəkətsiz qaldığı və heç bir tədbir görmədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
90
1
interpress.az

2Mənbələr