Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Lent.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Changan" markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Zeynallı Elnur İlqar oğlu və Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elşad Famil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.