AZ

Bakıda içməli su xəttinin təmiri zamanı qazılan yerdən insan sümükləri çıxıb?VİDEO

İçməli su xətti partladı, qazılan quyudan insan sümükləri çıxdı...

Xezerxeber.az xəbər verir ki, sakinlər belə iddia edirlər.

Hadisə paytaxtın Nizami küçəsi ilə Qoqol küçələrinin kəsişməsində baş verib. 

Qazıntı işlərinə dünəndən başlanılıb. Təmizlənib kənara atılan torpaq yığınının içərisində isə bu sümüklər görünür.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su təchizatı xidmətinə sorğu ünvanlasaq da onlar ərazidə baş vermiş qəzanın aradan qaldırılması məqsədilə aparılan qazıntı işləri zamanı, eləcə də torpağın qazıntı sahəsindən kənarlaşdırılması prosesində hər hansı kənar və ya şübhəli əşyaya rast gəlmədiklərini bildirərək sakinlərin iddialarını yalanladılar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
100
1
xezerxeber.az

2Mənbələr