AZ

Fransada senator və deputatlar növbəti ilin büdcəsi ilə bağlı razılığa gələ bilməyiblər

Paris, 19 dekabr, AZƏRTAC

Fransa Milli Assambleyası ilə Senat arasında keçirilən birgünlük komissiya müzakirələri dekabrın 19-da uğursuzluqla nəticələnib. Tərəflər 2026-cı il büdcəsi üzrə ortaq razılığa gələ bilməyiblər. Yanvarın 1-də büdcə olmadığı təqdirdə isə, hökumət dövlətin fəaliyyətini təmin etmək üçün xüsusi təklif təqdim etməlidir.

AZƏRTAC xəbər verir ki, Fransa hökuməti bu uğursuzluğu əvvəlcədən gözləyirdi. Həmçinin Sosialist Partiyası ilə sağ mərkəz partiyaları arasındakı dərin fikir ayrılıqları səbəbindən bu nəticə əvvəlcədən aydın idi. Hökumət nümayəndələri Senatın sağcı nümayəndələrinin “əzmkar" mövqeyini tənqid edib və bu barədə sərt açıqlamalar veriblər.

Hökumət vəziyyətin idarəolunması üçün xüsusi qanun hazırlamağa başlayıb. Lakin bu qanun müvəqqəti həll yolu kimi görülür və 2026-cı il büdcəsinin tam qəbul edilməsini əngəlləməyəcək.

Hökumət gələn həftə xüsusi qanun layihəsini sürətlə qəbul etmək məqsədilə onu parlamentdə müzakirəyə çıxaracaq. Ancaq bu qanun yalnız dövlətin funksiyasını təmin edəcək və büdcə islahatlarını tam olaraq həll etməyəcək. Həmçinin bəzi iqtisadi layihələr və dövlət xərcləri yanvar ayında donacaq ki, bu da iqtisadiyyata ciddi təsir göstərəcək.

Seçilən
119
1
azertag.az

2Mənbələr