AZ

Umerov və Uitkoff arasında görüşdə bir neçə ölkənin nümayəndələri də iştirak edəcək

Ukrayna və Amerika nümayəndə heyətləri bu gün, 19 dekabrda ABŞ-da görüşəcəklər. Danışıqlarda bir neçə ölkənin rəsmiləri də iştirak edəcəklər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat verib.

Adı açıqlanmayan mənbələr bildiriblər ki, Almaniya, Fransa və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri Umerov və Uitkoffun danışıqlarına qoşulacaqlar.

"Türkiyənin xarici işlər naziri (Hakan Fidan - red.) və Qətərin baş naziri (Məhəmməd bin Əbdülrəhman əl-Tani - red.) də bu gün Mayamidə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcəklər", - jurnalist əlavə edib.

QAZİLER.AZ

Seçilən
91
qaziler.az

1Mənbələr