Bakı. Trend:
Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.
Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəbildirib.
Dim sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi iləbağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeydedib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələbedir:
“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərininyoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdəmarker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesəqoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləridə sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işləməşğul ola biləcək müəllimlərin bilik və bacarıqları daəhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlartəşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaqsəlahiyyəti əldə edə bilərlər. Onların Bakıda, Naxçıvanda yaxudbölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işəqoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyəbilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünkiburada ciddi şəkildə işləmək lazımdır.
Bizim martda yoxladığımız bilik və bacarıqlar kurikuluma uyğunolaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir ilərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləritoplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ayərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı eləqurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəbrəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yazabilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq,nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir;qaydalar mövcuddur və istifadə oluna bilər.
Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılışimtahanlarını martda yox, apreldə keçirilə bilər
Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlarkurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasiləyaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ iləbağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və ilboyu aparılır. İl boyu sənədləri verirlər, imtahandan keçirlər vəməktəbi bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekunqiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birincimərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır.
Bu imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digərfənlərdən qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdənsonra keçirsək və nəticələr sentyabrda təqdim edilərsə, aliməktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on minmarker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldəkeçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərəmüraciət edirik: gəlin, kurslara yazılın",- deyə o əlavə edib.
Qeyd edək ki, bəzi müəllimlər buraxılış imtahanlarını martayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etməyinçətinliklərindən şikayət edirlər.