AZ

Fransada korrupsiya QALMAQALI – Nazirə böyük İTTİHAM!

Fransada mədəniyyət naziri Raşida Datinin korrupsiya işi üzrə istintaqa cəlb edildiyi bildirilir.

NOCOMMEN.az-ın “The Independent” nəşrinə istinadən məlumatına görə, Fransa polisi istintaq çərçivəsində Datinin evində və ofisində axtarış aparıb. Fransa Milli Maliyyə Prokurorluğu açıqlayıb ki, axtarışlar Raşida Datinin Avropa Parlamentində deputat olduğu dövrdə “aktiv və passiv korrupsiya, nüfuzdan sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi, gəlirlərin gizlədilməsi və çirkli pulların yuyulması” şübhələri üzrə aparılan araşdırma ilə əlaqədardır.

İstintaqa görə, Raşida Dati 2010–2011-ci illərdə sağçı Respublikaçılar Partiyasından Avropa Parlamentinin üzvü olduğu vaxtda enerji nəhəngi GDF Suez şirkətindən təxminən 300 min avro məbləğində ödəniş alıb və bu vəsaiti rəsmi qaydada bəyan etməyib.

Məlumata görə, bu hadisə Datinin siyasi karyerası üçün həssas bir dövrə təsadüf edir. Belə ki, 2026-cı ildə Paris meri postu uğrunda keçiriləcək seçkilər ərəfəsində o, prezident Emmanuel Makronun hökumətində mühüm fiqur olmaqla yanaşı, paytaxtın meri vəzifəsinə əsas namizədlərdən biri hesab olunur.

Seçilən
48
nocomment.az

1Mənbələr