Vaşinqton, 19 dekabr, AZƏRTAC
Venesuela “Hizbullah”la, narkotik qaçaqmalçılığı və narkotik terror təşkilatları ilə əməkdaşlıq edən qeyri-qanuni bir rejimdir.
AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio deyib.
O əlavə edib ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu legitim hesab etmir. O bildirib ki, ABŞ-ın məqsədi regional sabitlik və təhlükəsizliyin təmin olunmasıdır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton