Belçikanın Jenap şəhərindəki Napoleonun Son Qərargah Muzeyi qarət edilib.
"Unikal" xəbər verir ki, iki oğru binaya pəncərədən daxil olub. İçəridə olan əşyaları çıxarmaq üçün bir neçə vitrini sındırıblar. Kolleksiyadakı əşyalar, o cümlədən tarixən Napoleonla əlaqəli beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzük oğurlanıb. Bu üzüyün 18 iyun 1815-ci ildə imperatorun Vaterloo döyüşündə məğlubiyyətindən sonra tapıldığı bildirilir. Oğurlanan əşyalar arasında Napoleonun hakimiyyəti dövrünə aid qızıl və gümüş sikkələr də var.
Oğurlanan əşyaların bazar dəyəri barədə məlumat verilməyib.
Soyğunçuluqla bağlı polis hesabatı təqdim edilib. Vallon Brabant Dövlət Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.