Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. Sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib. Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur. Avtosfer.az-ın "Oxu24.com"a istinadən məlumatına görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın dayısıdır. Onlar əslən Ağdaş rayonundan olsalar da,sonradan Qəbələ şəhərinə köçüblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta