"Monreal İmpakt"ın sabiq futbolçusu Tyerri Anri Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi və keçmiş həmkarı Uilfrid Nensini dəstəkləyib.
90deqiqe.Az-ın məlumatına görə, bəzi azarkeşlər məşqçinin istefasını tələb etsələr də, Anri hesab edir ki, Nensiyə komandayla işləmək üçün daha çox vaxt verilməlidir.
"İnsanların onun getməsini istədiyini görürəm. Məncə, hələ buna qərar verməyə tezdir. Ona imkan verin, işləsin, öz ideyalarını ortaya qoysun və mövsüm sonunda qiymətləndirin. Klubun oyun fəlsəfəsini qəbul etmək və tətbiq etmək çətindir, xüsusilə də əvvəlki matçları az izləyibsə. Hələ erkəndir, amma düşünürəm ki, o hər şeyi dəyişə bilər. O, əla və çox ağıllı insandır".
İki həftə əvvəl Nensi "Seltik"in baş məşqçisi təyin olunub və ilk dörd matçda dörd məğlubiyyətlə klubu 1978-ci ildən bəri ən pis seriyaya aparıb.