AZ

Quterreşdən husilərə ÇAĞIRIŞ

18 dekabr husilərin de-fakto hakimiyyət orqanları tərəfindən daha 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb. Bununla da husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının ümumi sayı 69-a çatıb.

Publika.az xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş husilər tərəfindən BMT əməkdaşlarının əsassız saxlanılmasını qətiyyətlə pisləyib.

Baş katib bildirib ki, bu cür saxlanılmalar husilərin nəzarətində olan ərazilərdə BMT-nin humanitar yardım fəaliyyətini faktiki olaraq mümkünsüz edir. Nəticədə yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.

Baş katib husiləri BMT-nin, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, habelə diplomatik missiyaların bütün əsassız saxlanılan əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Eyni zamanda, BMT əməkdaşlarının cinayət təqibinə cəlb olunması ilə bağlı qərarların ləğv edilməsi tələb olunub.

Seçilən
113
1
publika.az

8Mənbələr