Almaniya kansleri Fridrix Merzin ofisi Federal Kəşfiyyat Xidmətinə (BND) digər ölkələrdə təxribat əməliyyatları aparmaq hüququ verən qanun layihəsi hazırlayıb.
AzPost bildirir ki, bu barədə “Die Süddeutsche Zeitung” (SZ) əlində olan sənədə istinadən xəbər verir.
“Bu o deməkdir ki, Almaniyanı müdafiə etmək üçün aktiv tədbirlərə icazə veriləcək. Məsələn, düşmənin silahlı qüvvələrini zəiflətmək üçün təxribat və ya silah sistemlərini sıradan çıxarmaq üçün kiber əməliyyatlar təşkil edilə bilər”, – deyə qəzet izah edir.
Hazırda BND yalnız məlumat toplamaq və təhlil etmək səlahiyyətinə malikdir. Lakin indi Almaniya kəşfiyyat orqanlarına fəaliyyətləri üçün zəruri hallarda cinayət məsuliyyətinə cəlb edilə bilən hərəkətlər etməyə icazə veriləcək.