AZ

İlin son əsrarəngiz görüntüləri yayıldı 

“Geminid” meteor yağışı ilin son günlərində səma həvəskarlarına unudulmaz anlar yaşadıb. Dekabr ayının ortasında pik nöqtəsinə çatan meteor yağışı, Bitlisin təmiz və qaranlıq səmasında vizual möhtəşəmlik yaradıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, soyuq havaya baxmayaraq açıq ərazilərə çıxan sakinlər, saatda onlarla meteoru atmosferə daxil olarkən yaratdığı parlaq izlərlə heyrətlə izləyiblər. Qısa müddətli, lakin təsirli işıq partlayışları Bitlisin qaranlıq və təmiz səmasında aydın şəkildə müşahidə olunub.

Bitlisin təbii coğrafiyası və təmiz havası bu unikal səma hadisəsini izləmək üçün ideal mühit yaradıb. Anadolu Sualtı Tədqiqatları və İdmanları Dərnəyinin nümayəndəsi və təbiət müşahidəçisi Dr. Cihan Önen bildirib:

“İlin son səma şousunu qaçırmamaq üçün dondurucu havaya baxmayaraq gözümüzü və avadanlıqlarımızı səma istiqamətinə yönəltdik. Meteorlar göy üzünün dərinliklərini böyük parıltı ilə yarır, işıldayır və yox olurlar. Bitlisin yerləşməsi və təbii quruluşu belə səma hadisələrini izləmək üçün ideal şərait təqdim edir. Göydəki möhtəşəm ulduz və meteor şousu, Van Gölü və Nemrut Kalderasının ətəkləri kimi yer səthi mənzərələri ilə birləşəndə heyranedici kadrlar meydana çıxır. Meteor yağışı 14 dekabr ətrafında pik nöqtəsinə çatdı; son günlər təsiri bir qədər azalıb. 14 dekabrdan bəri həyəcanla izləyirik.”

Seçilən
76
50
manset.az

10Mənbələr