AZ

Bizə zərbə endirməyə cəhd etsələr, Avropa məhv olacaq Rusiyadan sensasiya

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Dumasının deputatı Andrey Kolesnik Rusiya Prezidenti Vladimir Putinin canlı yayımda çıxışının Qərbə ünvanlanan açıq bir siqnal olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablnda məlumat paylaşıb. Deputatın sözlərinə görə, dövlət başçısının çıxışı Rusiyanın dinc yanaşı yaşamağa hazır olduğunu nümayiş etdirib.

Kolesnik qeyd edib ki, sülh yalnız birtərəfli deyil, qarşılıqlı prosesdir və real addımlar tələb edir:

“Bu birbaşa xətt bizim dinc yaşamağa hazır olduğumuzun siqnalını göndərdi. Lakin dinc yanaşı yaşamaq ikitərəfli bir yoldur. Yalnız təhdidlər yox, irəliyə doğru addımlar da olmalıdır”.

O, Qərb ölkələrinin, xüsusilə də Kalininqrad bölgəsi ilə bağlı səsləndirdiyi təhdidlərə diqqət çəkərək bildirib ki, bu cür bəyanatlar davamlı xarakter alıb. Deputatın sözlərinə görə, Qərbdə Rusiyaya qarşı ya regionu məhv etməklə, ya da ölkənin dərinliklərinə zərbələr endirməklə hədələyən ritorika tez-tez səslənir.

Kolesnik çıxışının sonunda bildirib ki, Rusiya müharibəni başlatmaq niyyətində deyil, lakin ona son qoymağa qadirdir:

“Əgər bizə zərbə endirməyə cəhd etsələr, Avropa məhv olacaq. Prezidentin dediyi kimi, biz bu müharibəni başlatmayacağıq, amma ona son qoyacağıq”.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
globalinfo.az

1Mənbələr