AZ

Ukraynaya kəşfiyyat dəstəyi verməyə davam edirik - Rubio

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə görüşündə bildirib.

Ukrayna böhranının həlli perspektivləri ilə bağlı şərh verən Rubio qeyd edib ki, heç kim Ukraynanın milli maraqlarının ABŞ üçün əhəmiyyətsiz olduğunu deməyib. O əlavə edib ki, Vaşinqton buna görə də onlara milyardlarla dollarlıq silah satıb.

"Biz onlara kəşfiyyat dəstəyi verməyə davam edirik. Prezident Donald Tramp Rusiya Federasiyasına sanksiyalar tətbiq edib", - Rubio bildirib.

Elvin

Ölkə.az

Seçilən
133
1
olke.az

2Mənbələr