AZ

İtaliya Superkuboku: "İnter"i finala buraxmadılar

İtaliya Superkubokunda finalçıların adları bəlli olub.

Fanat.Az xəbər verir ki, bu gecə baş tutan ikinci yarımfinal görüşündə “Bolonya” “İnter”lə üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən “Bolonya” adını finala yazdırıb.

Beləliklə, dekabrın 22-də keçiriləcək həlledici oyunda “Napoli” “Bolonya” ilə qarşılaşacaq.

İtaliya Superkuboku
Yarımfinal
19 dekabr

Bolonya İnter 1:1 (penaltilər 3:2)

Qollar: Orsolini, 35-pen – M.Turam, 2.

 

Seçilən
87
fanat.az

1Mənbələr