Bakı, 20 dekabr, AZƏRTAC
Beynəlxalq koalisiya qüvvələri Suriyanın Haseke əyalətində yerləşən hərbi bazadan Suriyadakı İŞİD terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hadath” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, Deyr əz-Zor əyalətində yerləşən İŞİD sığınacaqları raket hücumlarına məruz qalıb. Qeyd olunur ki, koalisiya Suriyanın Haseke əyalətindəki Əş-Şəddadi hərbi bazasından da istifadə edir.
“Əl-Hadath”ın məlumatına görə, koalisiya təyyarələri raket zərbələri ilə yanaşı, terrorçuların mövqelərinə hava hücumları da həyata keçirir. Kanal iddia edir ki, başlanmış hərbi əməliyyatda ən azı altı koalisiya döyüş təyyarəsi iştirak edir.