AZ

ABŞ Suriyada İŞİD mövqelərinə ikinci hücum dalğasını həyata keçirib

ABŞ hərbi təyyarələri son bir neçə saat ərzində ikinci dəfə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimal bölgələrində yerləşən İŞİD sığınacaqlarına və qərargahlarına yeni hücum dalğası həyata keçirib.

Qeyd olunub ki, əsas zərbə İŞİD-in Deyr əz-Zor vilayətindəki mövqelərinə endirilib.

Seçilən
161
far.az

1Mənbələr