AZ

Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrdən danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı bir sıra məsələlərə yenidən baxılması qaçılmaz idi:

“Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm və hesab edirəm ki, onsuz da biz buna gələcəyik. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var. Hərbi xidmət müddəti azaldılmalıdır”.

Üzeyir Cəfərov qeyd edib ki, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir:

Seçilən
96
12
publika.az

10Mənbələr