Venesuelanın xarici işlər naziri İvan Hil Pinto ABŞ dövlət katibi Marko Rubionun fəaliyyətini kəskin tənqid edərək onu Latın Amerikası və Karib hövzəsinə nifrət etməkdə ittiham edib.
APA xəbər verir ki, Pinto bu barədə Telegram kanalında yazıb.
“Marko Rubionun fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı onu olduqca mənfi rakursda təqdim etdi, onun yalançılığını, komplekslərini və Latın Amerikası ilə Karib hövzəsinə qarşı nifrətini açıq şəkildə nümayiş etdirdi”, – deyə Venesuela XİN rəhbəri bildirib.