AZ

Barselona 15 yaşlı hücumçu transfer edəcək

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona" "Norviç"in 15 yaşlı hücumçusu Ajay Tavaresi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Goal.com portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, "RB Leypsiq" və Dortmund "Borussiya"sı da gənc oyunçunu izləyirdi. Ancaq "Barselona" daha sərfəli şərtlər irəli sürüb və qısa vaxtda keçidi tamamlamağı planlaşdırır. 

Qeyd edək ki, Tavares "Norviç"in U-18 komandasında sol cinah yarımmüdafiəçisi kimi oynayır. O, klubun əsas heyətində heç bir rəsmi matçda forma geyinməyib. Ötən yay, daha dəqiq desək, iyul ayında mövsümöncəsi hazırlıq dönəmində Niderland təmsilçisi "Volendam"la qarşılaşmada meydana çıxıb. O, həmçinin İngiltərə U-17-nin heyətində dörd oyun keçirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
sport24.az

1Mənbələr