Boliviya İşçilər Mərkəzi (BİM) - ölkənin əsas həmkarlar ittifaqlarını birləşdirən qurum - prezident Rodriqo Pasın yanacaq subsidiyalarını ləğv edən fərmanına etiraz olaraq ümumi tətilə qoşulduğunu açıqlayıb. BİM liderlərindən biri Mario Arqolyonun sözlərinə görə, ittifaqlar imzalanmış fərmanın tamamilə ləğv edilməsində israrlıdır.
"Biz mübarizə aparan xalqla birlikdə müddətsiz ümumi tətilə başlayırıq", - deyə Arqolyo bildirib. Onun sözlərinə görə, həmkarlar ittifaqları hökumətə planlaşdırılan islahatları müzakirə etməyi təklif etsə də, bu çağırış cavabsız qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31