Bakı. Trend:
Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyədəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirakstrategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxiledilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərinfəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.
“Etibarlı operatorlar”: hüquqi örtük altında özəl hərbimexanizm
2025-ci il oktyabrın 31-də Fransa silahlı qüvvələr naziriK.Sebastyan Lekornunun (və ya K. Votren – layihənin təşəbbüskarıkimi) irəli sürdüyü mexanizmə əsasən, Müdafiə Nazirliyi tərəfindənseçilmiş müəyyən şirkətlər “etibarlı operator” statusu alaraqbeynəlxalq hərbi əməkdaşlıq, dəstək, təlim və xarici missiyalaracəlb edilə biləcək. Bu şirkətlərlə 10 illik uzunmüddətlimüqavilələrin bağlanması planlaşdırılır.
Səlahiyyətlər spektri olduqca genişdir: böhran və silahlımünaqişə şəraitində üçüncü dövlətlərin xeyrinə hərbi əməliyyatlardaiştirak, təlimlərin təşkili, əməliyyat, texniki və logistikdəstəyin göstərilməsi. Bu fəaliyyətlər quru, dəniz, hava və kiberməkan daxil olmaqla müasir müharibənin bütün sahələrini əhatəedir.
Bu kontekstdə “etibarlı operator” termini mahiyyət etibariləbeynəlxalq praktikada mövcud olan özəl hərbi şirkətlərin fransızhüquqi reallığına uyğunlaşdırılmış formasıdır. Terminologiyanındəyişdirilməsi daha çox ictimai rəyin yumşaldılması və “Fransa özəlhərbi şirkətlər yaradır” kimi sensasiyalı başlıqlardan yayınmaqməqsədi daşıyır.
Ukrayna faktoru: dolayı hərbi iştirakmodeli
Bu mexanizmin yaradılmasının əsas geosiyasi motivlərindən biriUkrayna münaqişəsidir. 2025-ci il noyabrın 17-də Prezident EmmanuelMakronun Ukraynaya 10 il ərzində 100-ə qədər “Rafale” qırıcısınınsatışını nəzərdə tutan niyyət bəyannaməsini elan etməsi bu ehtimalıgücləndirir.
Məlumdur ki, “Rafale” kimi mürəkkəb platformaların tammənimsənilməsi ukraynalı pilotlar üçün uzun illər tələb edir. Buisə Fransaya “etibarlı operator” şirkətləri vasitəsilə özpilotlarını və istefada olan zabitlərini Ukraynada təlimçi, texnikimüşavir və hətta əməliyyat iştirakçısı kimi istifadə etmək imkanıyaradır. Formal olaraq bu şəxslər Fransa Silahlı Qüvvələrinin rəsmiheyəti sayılmayacaq, lakin faktiki olaraq Fransanın hərbipotensialını döyüş zonasına daşıyacaqlar.
NATO faktorundan yayınma və hüquqi məsuliyyətinminimallaşdırılması
Bu model Fransaya mühüm siyasi-diversiya üstünlüyü verir. RəsmiParis istənilən vaxt bəyan edə bilər ki, Ukraynada döyüşən fransızvətəndaşları dövlətin rəsmi hərbi qulluqçuları deyil. Bununla daNATO-nun birbaşa münaqişəyə cəlb olunması iddiaları təkzib ediləbilər.
Belə yanaşma Rusiyanın Fransaya qarşı birbaşa hərbi cavabzərbəsi endirməsini hüquqi və siyasi baxımdan çətinləşdirir. Nəticəetibarilə Fransa “dolayı müharibə” (proxy warfare) alətlərindənbirini institusionallaşdırmış olur.
Xarici Legiondan “etibarlı operatorlara”: yeniformat
Fransanın uzun illərdir istifadə etdiyi Xarici Legion modeli ilə“etibarlı operatorlar” arasında mühüm fərq mövcuddur. Xarici LegionFransa Quru Qoşunlarının tərkibində rəsmi hərbi birləşmədir və onunəməliyyatları birbaşa Fransa dövlətini təmsil edir.
Buna qarşılıq, “etibarlı operatorlar” Fransaya maraq dairəsindəolan münaqişələrdə – xüsusilə də yüksək siyasi risk daşıyanzonalarda – hüquqi və ictimai-siyasi məsuliyyəti minimumaendirməklə iştirak imkanı yaradır. Bu, müasir beynəlxalqmünasibətlərdə “inkar edilə bilən iştirak” (plausible deniability)modelinin klassik nümunəsidir.
Ermənistan istiqaməti: potensial risklər
Fransa–Ermənistan münasibətlərinin son illərdə strateji xarakteralmasını nəzərə alaraq, bu mexanizmin Cənubi Qafqazda da tətbiqiistisna edilmir. Ermənistanda müxtəlif özəl və yarımhərbistrukturların (məsələn, VOMA) mövcudluğu məlumdur. Güclü ermənidiasporu və lobbi imkanları vasitəsilə Fransanın “etibarlıoperator”ları ilə bu strukturlar arasında əməkdaşlıq qurulması realssenari kimi qiymətləndirilə bilər.
Bu isə regionda hərbi balansın dəyişdirilməsi, gərginliyin sünişəkildə artırılması və üçüncü tərəflərin dolayı müdaxiləsirisklərini yüksəldə bilər.
Nəticədə Fransada “etibarlı operatorlar” mexanizmininyaradılması təkcə hüquqi yenilik deyil, həm də stratejihərbi-siyasi alətdir. Bu model Fransaya riskli münaqişələrdə rəsmistatusdan kənar iştirak, NATO öhdəliklərindən yayınma, geosiyasitəsir imkanlarını genişləndirmə, hüquqi və siyasi məsuliyyətiminimallaşdırma imkanı verir.
Bu yanaşma isə beynəlxalq təhlükəsizlik sistemində özəl hərbiaktorların rolunun artdığını və dövlətlərin klassik müharibəanlayışından getdikcə daha çox uzaqlaşdığını bir daha nümayişetdirir.