AZ

Zaur Kamal efirlərə niyə çıxmır? – Aparıcıdan ETİRAF

Doğum gününü qeyd edən televiziya aparıcısı Zaur Kamal niyə başqa proqramlarda görünmədiyinə aydınlıq gətirib.

Redaktor.az "Yeni Sabah"a istinadən xəbər verir ki, aparıcı bu mövzuya öz verilişi olan “Həmin Zaur”da toxunub.

O, oğlu Bartunun hazırladığı “Atasısifət” bölməsində ünvanlanan suallara cavab verərkən bildirib ki, qonaq qismində efirə çıxmaq ona uyğun deyil.

Zaur Kamalın sözlərinə görə, illərdir sual verən tərəf olduğu üçün başqa verilişlərdə özünü rahat hiss etmir:

“Dəvət alıram, amma gedəndə sanki yerimi tapa bilmirəm. Öz mühitimdən kənarda oluram. Elə buna görə də efirlərə qatılmıram. Ümid edirəm, həmkarlarım bunu yanlış anlamaz”.

Seçilən
49
2
redaktor.az

3Mənbələr