Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Niderlandın dövlət katibi Jan Rummeni ölkədə canavar hücumları nəticəsində insanların həlak olmasının qaçılmaz ola biləcəyi barədə xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "Brussels Signal" nəşrinə bildirib.
“Burada məsələ ölüm hadisələrinin baş verib-verməməsində deyil, onların nə vaxt baş verəcəyindədir. Bu vəziyyət Avropa üçün misilsizdir və məndə ciddi narahatlıq yaradır”, – deyə Rummeni qeyd edib.
Bu il Niderlandda bir neçə nəfər canavarların təqibinə və ya hücumuna məruz qalıb. Hadisələrdən birində altı yaşlı uşaq canavar tərəfindən aparılıb, lakin sonradan xilas edilib.
Hazırda ölkədə 100-dən çox canavar yaşayır. Bu il 13 sürü qeydə alınıb ki, onlara ümumilikdə 45 balaca canavar daxildir.
Vageningen Universitetinin məlumatına görə, canavar populyasiyası hələ son həddinə çatmayıb və nəzəri baxımdan Niderland 50-dən çox sürünü qəbul edə bilər.
Lakin təbiət məsələləri üzrə dövlət katibi Rummeni Vageningen Universitetinin bu mövqeyi ilə razılaşmır. Onun sözlərinə görə, universitet vəziyyətə yalnız dar ekoloji prizmdən yanaşıb və cəmiyyətə təsiri kifayət qədər nəzərə almayıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.