Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın investisiya bazarı ilə bağlı müzakirələr intensivləşib. Bəzi iqtisadçılar yaxın dövrdə əmlak bazarında qiymətlərin enəcəyini, eyni zamanda son aylarda sürətlə bahalaşan qızılın da ucuzlaşacağını proqnozlaşdırırlar.
Bu iddialar ictimaiyyətdə investisiya qərarlarına dair suallar yaradıb. Bəs həqiqətən gələn il əmlak və qızıl bazarında ucuzlaşma gözlənilirmi? Ümumiyyətlə, əhali arasında hansı investisiya alətləri daha populyardır və yatırım edərkən hansı məqamlara diqqət yetirmək lazımdır?
“Qızılın bahalaşma ehtimalı çoxdur”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, hazırkı iqtisadi şəraitdə, əhali əmlak və qızıla üstünlük verdiyi üçün onların ucuzlaşma ehtimalı azdır: “Hər hansı bir əmlak növünün ucuzlaşması və ya bahalaşması barədə proqnoz verərkən onun qiymətinə təsir edən amillər nəzərə alınmalıdır. Əmlak və qızıl iqtisadi proseslərdən asılı olaraq qiymət artımı və ya ucuzlaşma meyllərinə məruz qalır. Yaxın dövrdə qızılın ucuzlaşması real görünmür. Əksinə, proqnozlara görə, qızılın bahalaşma ehtimalı daha çoxdur”.
“Əhali kapitalının gözünün önündə olmasını istəyir”