Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (Trump Route – TRIPP) gerçəkləşdirilməsi uzunmüddətli perspektivdə Azərbaycanın ixrac potensialının artımına və iqtisadi inkişafına töhfə verəcək.
Bu haqda “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
“Fitch” analitikləri hesabatda 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistanın mərhələli şəkildə tamdəyərli sülh sazişinə nail olmaq məqsədilə sülh razılaşmasının mətnini parafladıqlarını xatırladırlar. Sənəddə sülh nizamlanması çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulur.