“Dekabrın 19-da axşam saatlarında düşmən Odessa vilayətində liman infrastrukturu obyektinə növbəti iri ballistik raket hücumu həyata keçirib. Hücum insanların ölümü, yaralanması, dayanacaqda yük maşınlarının alışması ilə nəticələnib”, - Oleq Kiper öz Telegram-kanalında yazıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənlərə hər cür yardım göstərirlər. Davam edən hava hücumu xəbərdarlığı Fövqəladə hallar xidmətlərinin işini çətinləşdirir.
Ukraynanın bərpası üzrə baş nazirin müavini, icmaların və ərazilərin inkişafı naziri AlekseyKuleba dünyanı bu hücuma adekvat reaksiya verməyə və Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmağa çağırıb.
— Newsfeed (@Newsfeed883920) December 19, 2025
Sahil İsgəndərov
AzVision.az