ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda SWIFT sisteminə alternativ mexanizmin yaradılması istiqamətində işlər aparılır.
Yeni yanaşmanın ölkə daxilində və beynəlxalq pul köçürmələrini daha sürətli və daha ucuz edəcəyi gözlənilir.
Bunu “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan SWIFT sisteminə alternativ yarada bilməz:
"Bu mümkün olsaydı dünyada böyük bir fantastik nəticələr əldə etmək olardı. Amma Azərbaycan daxilində pul köçürmələri üçün SWIFT-ə alternativ bir mexanizmin yaratmaq olar.
Yəni ölkə daxilində banklararası hesablaşmaları həyata keçirən ayrıca bir pul köçürmə sistemi formalaşdırıla bilər. Bunun da beynəlxalq çıxışı olmayacaq və qlobal SWIFT şəbəkəsini əvəz etməyəcək".
İqtisadçı qeyd edib ki, daxili pul köçürmə sistemi xərclərin azalmasına və əməliyyatların daha çevik həyata keçirilməsinə imkan yarada bilər:
"O, yalnız daxili əməliyyatların icrası üçün nəzərdə tutulacaq. Amma belə bir daxili pul köçürmə sisteminin müəyyən üstünlükləri var. Əsas üstünlüklərdən biri xarici sistemlərdən asılılığın azalmasıdır.
Digər mühüm məqam isə bankların SWIFT sistemindən istifadə zamanı hər əməliyyat üçün ödədikləri əməliyyat xərclərindən qismən azad olmalarıdır. Lakin bu sistem beynəlxalq səviyyəli SWIFT mexanizmi deyil və yalnız ölkədaxili maliyyə əməliyyatlarını əhatə edəcək".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər:
SWIFT Edqar Abdullayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.