Futbol üzrə Xorvatiya çempionatında 18-ci turun oyunları çərçivəsində Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” evdə “İstra” ilə üz-üzə gəlib.
İdmanxeber.az xəbər verir ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı yarımmüdafiəçi bu matçda forma şansı qazanmayıb və oyunu ehtiyatdan izləyib.
18 turdan sonra 23 xal toplayan “Varajdin” turnir cədvəlində 5-ci pillədə qərar tutur.