AZ

Budanov: Rusiya 2027-ci ilin əvvəlində Avropaya hücum edə bilər

Rusiya 2027-ci ilin əvvəlində Avropaya hücum etməyə hazırdır.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib.

“Rusiya əvvəlcə 2030-cu ilə qədər NATO ölkələrinə qarşı birbaşa təcavüzə başlamağı planlaşdırırdı, lakin indi planlarını yenidən nəzərdən keçirərək müddəti 2027-ci ilə qədər qısaldıb”, - Budanov vurğulayıb.

O, Moskvanın Baltikyanı ölkələri birbaşa hərbi müdaxilə hədəfi kimi müəyyənləşdirdiyinə əmin olduğunu qeyd edib.

Onun sözlərinə görə, Polşa Rusiyanın işğal planlarına daxil edilməyib və bu ölkə yalnız hərbi kampaniya çərçivəsində hücum hədəfi kimi nəzərdə tutulur.

“Birincisi Litva, Latviya və Estoniya olacaq. Bu arada Putin Polşanı işğal etməyəcək. O, yalnız hücumlara məruz qalacaq” , - o əlavə edib.

Seçilən
42
2
apa.az

3Mənbələr