AZ

Türkiyə Suriyanın ordusuna “Azərbaycan modeli” ilə dəstək verəcək

Türkiyə Suriyanın ordusuna “Azərbaycan modeli” əsasında dəstək verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir Suriyanın terrorizmə qarşı mübarizəsini və ordusunun modernləşdirilməsini dəstəkləyə biləcəklərini vurğulayıb.

Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali ordularına hərbi təlim dəstəyi göstərib və Suriyaya da eyni dəstəyi təqdim etmək niyyətindədir.

"Mən əvvəllər də Suriyaya səfər etmişəm. Son həftələrdə Baş Qərargah rəisimiz və Quru Qoşunları Komandanımız da Suriyaya gediblər. Gedəndə onların necə inkişaf edə və təkmilləşə biləcəyini müzakirə edirik. Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyi verdiyimiz kimi, onlara da eyni dəstəyi verə bilərik. Onların təlimlərinə Türkiyədə başladıq və davam etdiririk. İnanırıq ki, Suriyaya terrorizmə qarşı mübarizədə kömək etməliyik və bu istiqamətdə işimizi davam etdiririk”, – nazir bildirib.

Seçilən
88
apa.az

1Mənbələr