AZ

Entoni Coşua ilə döyüşən Ceyk Polun çənəsi sınıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Bloqer Ceyk Pol dünya çempionu Entoni Coşuaya qarşı döyüşdə çənəsinin sındığını bildirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC" nəşri məlumat verib.

"Əla döyüş idi, zövq aldım. Çənəm sınıb. Amma buna baxmayaraq geri qayıdacağam, dünya çempionu olmaq istəyirəm", - deyə Pol döyüşdən sonra rinqdə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Mayamidə baş tutan döyüş altıncı raundda Polun nokauta salınması ilə başa çatıb. Pol xəstəxanaya getdiyi üçün döyüşdən sonrakı mətbuat konfransında iştirak etməyib.

10:00

ABŞ-nin Mayami şəhərindəki idman mərkəzlərindən birində çoxdan gözlənilən boks döyüşü baş tutub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ceyk Pol ilə keçmiş dünya çempionu Entoni Coşua arasında döyüş keçirilib.

Keçmiş çempion Entoni Coşua döyüşün gedişatını inamla idarə edib. Coşua altıncı raundda rəqibini nokaut edərək döyüşü qazanıb.

Qeyd edək ki, 36 yaşlı britaniyalı bununla da 29-cu qələbəsini (4 məğlubiyyət) rəsmiləşdirmiş olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
106
1
cebheinfo.az

2Mənbələr