AZ

Deputat: “Neft ucuzlaşanda Gültəkin Hacıbəyli çırtma vurub oynayırdı”

“Azərbaycan hüquqi dövlətdir. Hər bir kəs törətdiyi əmələ görə məsuliyyət daşıyır. Heç kəsə də hər hansı üstünlük verilməyib ki, törətdiyi əmələ görə məsuliyyətindən yaxa qurtarsın. Qanun qarşısında hamı bərabərdir. Eləcə də Gültəkin Hacıbəyli. Əldə olunan dəlillər, inkarolunmaz faktlar var. Elə Gültəkin Hacıbəylinin özünün Ramiz Mehdiyevin şəninə dediyi təriflər ondan xəbər verir ki, vaxtilə bu insanların sıx əlaqələri olub”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Deputatın sözlərinə görə, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevdən tapışıqlar alıb və Cəmil Həsənli kimi radikal müxalifətin düşərgəsinə şüurlu şəkildə, bilərəkdən yerləşdirilib: “Şübhəsiz ki, baş verən siyasi prosesləri manipulyasiya etmək istiqamətində Gültəkin Hacıbəylidən istifadə olunub. Gültəkin Hacıbəyli də bu düşərgəyə göstərdiyi xidmətlərinə görə Ramiz Mehdiyev tərəfindən ona pullar verilib, iki ev bağışlanılıb, Goranboyda torpaq sahələri, karyera verilib, hələ üstəlik biznes qurması üçün Gültəkin Hacıbəyliyə şərait də yaradılıb. Çox yaxşı xatırlayırıq, neft ucuzlaşanda Gültəkin Hacıbəyli çırtma vurub oynayırdı. Bu, xalqa qarşı getmək, xalqın güzəranının pisləşməsinə sevinmək deməkdir, xəyanətdir! Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası göstərir ki, heç kəs törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Dekabr 2025, 13:02   
Seçilən
79
pravda.az

1Mənbələr