Bakı. Trend:
Azərbaycan yeni tədarük marşrutları vasitəsilə Avropanın enerjibazarındakı mövcudluğunu ardıcıl şəkildə genişləndirir və bununlada regionun enerji təhlükəsizliyini gücləndirir.
Belə ki, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova vəUkraynanın enerji sahəsində milli tənzimləyici orqanları nəqliyyatgücləri üzrə yeni məhsulları — "Route 2" və "Route 3"ü rəsmi olaraqtəsdiqləyiblər.
Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmişmənbədən tədarükünü təmin edir:
- Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbiiqazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;
- Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzərborukəməri qazının IGB vasitəsilə nəqli
Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 —eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional RezervasiyaPlatformasında (Regional Booking Platform, RBP) təklifolunacaq.
Xatırladaq ki, 2025-ci il dekabrın 1-dən etibarən ŞimaliMakedoniyada da özəl və sənaye istehlakçılarına Azərbaycan təbiiqazının tədarükünə başlanılıb. Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) ilə "M-Gaz" və "CNG Systems" şirkətləri arasında səmərəliəməkdaşlıq nəticəsində Bolqarıstanda 2024-cü ildən uğurla həyatakeçirilən layihəyə bənzər virtual qazlaşdırma üzrə pilot layihəhəyata keçirilib.
Bundan əlavə, dekabrın 10-da SOCAR ilə Macarıstanın “MVMONEnergy” şirkəti arasında Macarıstana ildə 800 milyon kubmetrtəbii qaz tədarükünü nəzərdə tutan saziş imzalanıb. Bu razılaşma2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni marşrutlar və sazişlər Mərkəzi və Cənub-Şərqi Avropaölkələrinə, eləcə də Balkanlara qaz tədarükü imkanları açır ki, buda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini bir daha təsdiqləyir.Eyni zamanda, “mavi yanacağ"a artan tələbatı ödəmək və regionundayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün buinfrastrukturun genişləndirilməsi istiqamətində real və vaxtındaaddımların atılmasına açıq-aşkar ehtiyac yaranır.
Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan ilə AvropaKomissiyası Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin hazırkıillik 10 milyard kubmetrdən 2027-ci ilədək 20 milyard kubmetrəçatdırılması barədə memorandum imzalayıblar.Həmin vaxta az qalıb vəbu məqsədə nail olmaq üçün bütün maraqlı tərəflərin fəaləməkdaşlığı və genişləndirmə planlarının icrası üzrə konkretaddımlar tələb olunur.
2021-ci ildə keçirilmiş bazar testinin nəticələrinə əsasən,TAP-ın uzunmüddətli gücü 2026-cı ildən etibarən ildə 1,2 milyardkubmetr artırılacaq. Bu həcmdən 1,04 milyard kubmetr İtaliyaya,0,16 milyard kubmetr isə Albaniyaya tədarük üçün bron edilib.
Bu ilin 4 aprelində Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasındaPrezident İlham Əliyevin bildirdiyi kimi, Avropaya qaztəchizatımızın coğrafiyası birmənalı olaraq dəyişəcək çünki bu günbəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıqiştirak edirik.
“Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidirvə Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə,qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla,o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”, - deyəPrezident İlham Əliyev vurğulayıb.
Əlbəttə, mövcud qaz kəmərləri sisteminin genişləndirilməsi üzrəbirgə səylər barədə də düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçünböyük uğur hekayəsidir. Uzunluğu 3500 kilometr olan inteqrasiyaolunmuş boru kəməri sistemi bu gün bir çox ölkələr üçün enerjitəhlükəsizliyinin əsas arteriyasıdır. Hazırda o, tam gücü iləişləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – bu dəhlizin üçtərkib hissəsi tam yüklənib. Buna görə də genişlənməyə ehtiyacvar”, – deyə dövlət başçısı vurğulayıb.
Şübhəsiz ki, Azərbaycan qazını alan və təchizat həcmlərininartırılmasında maraqlı olan Avropa ölkələri, eləcə də Azərbaycandan“mavi yanacaq” əldə etmək istəyən dövlətlər bunun üçün mövcudinfrastrukturun genişləndirilməsinin zəruri olduğunuanlayırlar.
Belə ki, Avropa Komissiyasının enerji və mənzil tikintisi üzrəkomissarı Dan Yorgensen Trend-ə verdiyi eksklüziv müsahibədə Aİ-nin Cənub QazDəhlizi vasitəsilə qaz tədarükünün artırılması məqsədilə tərəfdaşölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdı.
“Bu, xüsusilə Rusiya enerji resurslarından asılılığınazaldılması və enerji təchizatının şaxələndirilməsi istiqamətindəgördüyümüz işlər fonunda son dərəcə vacibdir”, – deyə o qeydedib.
Onun sözlərinə görə, Aİ Azərbaycan və digər tərəfdaş ölkələrləbirlikdə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ikitərəfliticarətinin inkişafını davam etdirmək niyyətindədir.
Rumıniya tərəfi Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropaya vəBalkanlara doğru genişləndirilməsi üçün konkret addımlarınatılmasının vacibliyini vurğulayır. Macarıstan isə bildirir ki,ölkə həmişə Cənub Qaz Dəhlizinin tikintisini və gücününartırılmasını dəstəkləyib; bu layihə təkcə Macarıstan vəMərkəzi–Şərqi Avropa regionu üçün deyil, bütün Avropa üçün əsaslayihədir.
Moldova da Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və onunAvropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunaqəti dəstəyini ifadə edir. Ölkə, o cümlədən Cənub Qaz Dəhliziçərçivəsində həyata keçirilən tərəfdaşlıqlar vasitəsilə alternativtədarük marşrutları ilə əlaqələri genişləndirərək enerjimüstəqilliyini gücləndirməyə çalışır.
Beləliklə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və AvropayaAzərbaycan qazı tədarükünün artırılması təkcə kommersiya deyil, həmdə strateji prioritetə çevrilir. 2027-ci ilə qədər 20 milyardkubmetr hədəfinə çatmaq üçün vaxtında və konkret addımlarınatılması, tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi vəinfrastrukturun modernləşdirilməsinə investisiyalar zəruridir.Azərbaycan Avropada “mavi yanacağ"a artan tələbatı qarşılamaq vəenerji təchizatının şaxələndirilməsində əsas rol oynamaqqabiliyyətini göstərməyə davam edir.