Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatanBirləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezidentəlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Ombudsman BMT-nin nizamnamə vəmüqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələriniməmnunluqla xatırladaraq, bu əlaqələrin insan hüquqlarının təbliğivə təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyüktöhfə verdiyini vurğulayıb.
Müvəkkil ötən dövr ərzində Azərbaycan Ombudsmanının BMT və onunixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin,hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilənmüsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezidentəlaqələndiriciyə Azərbaycandakı fəaliyyəti dövründə insan hüquqlarısahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildiribvə gələcək fəaliyyətində ona uğurlar diləyib.
Vladanka Andreyeva qəbula görə Səbinə Əliyevaya öz təşəkkürünübildirib, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarınınmüdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksəkdəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.