“Barselona”nın prezidenti Joan Laporta klubunun keçmiş hücumçusu Lionel Messi ilə münasibətləri barədə danışıb .
Publika.az xəbər verir ki, Laporta “İnter Mayami”nin oyunçusunun “Kamp Nou”ya səfəri haqqında da məlumat verib:
“Messi həyat yoldaşı ilə stadiona gəlməyə qərar verdi. Mühafizəçi Leo olduğunu görəndə onu içəri buraxdı. Messinin getməsi ilə bağlı şayiələr?
Klub hər şeydən öndədir. Onunla ad günündə danışdım, amma bunun heç bir ciddi nəticəsi olmadı..