Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin komandası “Varajdin” Xorvatiya çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv “İstra 1961”i qəbul edib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət sonadək ehtiyatda qalıb.
18 oyuna 23 xal topkayan “Varajdin” çempionatın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat