AZ

İngiltərədən Suriya ilə bağlı qərar

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İngiltərə Suriyanın əsasən Lazkiyə və Tartus vilayətləri olmaqla sahil bölgələrində ələvilərə qarşı törədilən qətliamlar və ağır insan hüquqları pozuntuları səbəbilə, cihadçı təşkilat Heyət Təhrir əş-Şama (HTŞ) inteqrasiya edilmiş üç hərbi diviziya və iki komandirə qarşı sanksiya tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan Sezar Sanksiyalarını ləğv edən qərarından bir gün sonra İngiltərədən də sanksiya qərarı gəldi.

İngiltərə xarici işlər naziri Yvette Cooperin imzası ilə yayımlanan qərara əsasən, sanksiyalar “Sultan Süleyman Şah” briqadası və onun komandiri Əbu Əmşə, “Hamza” diviziyası və komandiri Seyf Bulad, eləcə də “Sultan Murad” diviziyasını əhatə edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
1
cebheinfo.az

2Mənbələr