AZ

Polşa Orbanı "Lenin ordeni"alması münasibəti ilə təbrik etdi

Hurriyyet.az xəbər verir ki, Polşa xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Baş naziri Viktor Orbanı "Lenin ordeni" alması münasibəti ilə təbrik etdi. Polşalı siyasətçi sosial mediada baş nazirin Ukraynaya kredit üçün Rusiya aktivlərindən istifadə barədə razılığa gələ bilməyən Avropa Birliyi (AB) sammitinin nəticələri ilə bağlı paylaşımına cavab verib.

Sikorski bu paylaşıma SSRİ-nin ən yüksək mükafatının şəklini əlavə edib.

18 dekabrda Avropa Şurasının prezidenti António Kosta Brüsselin Ukraynaya 90 milyard avro kredit verəcəyini açıqladı. Bu, AB büdcəsinə əsaslanacaq və potensial olaraq dondurulmuş Rusiya aktivlərindən geri qaytarılacaq.

NURAY

Seçilən
68
1
hurriyyet.az

2Mənbələr