AZ

Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik –DİM sədri

Bakı. Trend:

Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğulolmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadəetməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, biliksəviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona dahauyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, peşə yönümlü testlər uşaqlarıngələcəyini formalaşdıracaq:

“Biz bu testləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçünhazırlamışıq. Əgər valideyn uşağı ilə ciddi şəkildə məşğul olmaqistəyirsə, buyurub gələ bilər — ona bütün məlumatlar təqdim olunur.Testin müddəti orta hesabla 3 saatdır və bu test kimisə imtahanedib bal vermək məqsədi daşımır. Psixometrik testlərin əsas məqsədiözünü anlamaq, yeniyetmənin psixoloji vəziyyətini və ona uyğunuğurlu ola biləcəyi sahələri müəyyənləşdirməkdir”.

Məleykə Abbaszadə vurğulayıb ki, “Pulum var, müəllim tutmuşam,bəsdir” düşüncəsi doğru yanaşma deyil:

“Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdişəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyiistəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrinisüni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Butestin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədərstatistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ dabizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olantestdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakiningilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə dəqiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub.Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayıazdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər,lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinəəsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlibtestdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərləmüqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etməkmümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həminçərçivədə 2000 nəfər bu testlərdən keçib”.

Seçilən
132
4
az.trend.az

5Mənbələr