AZ

Prezident QHT sədrini təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dekabr 2025-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkədə təhsilin inkişafında göstərdikləri xidmətlərə görə universitetin bir qrup əməkdaşı təltif olunub.

QHT.az xəbər verir ki, təltif edilənlər sırasında Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev də yer alır. QHT sədri Prezidentin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi 27 may 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınıb.

QHT.az olaraq Sahib Fərzəliyevi bu yüksək dövlət təltifi münasibətilə təbrik edir, ona təhsil və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətində yeni uğurlar arzulayırıq.

Seçilən
78
qht.az

1Mənbələr