Qərbi Kaspi Universitetinin tələbələri Bakı şəhərinin Pirallahı qəsəbəsində yerləşən “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılmış “NərəMİZ” balıqyetişdirmə zavodunda təcrübə keçiblər.
Zavodda tələbələr nərə balıqlarının bioloji xüsusiyyətləri, yemləmə və saxlanma şəraiti, istehsalda tətbiq olunan müasir texnologiyalar, eləcə də keyfiyyətə nəzarət və mikrobioloji təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat əldə ediblər. Zavodun rəhbərliyi və mütəxəssisləri istehsal texnologiyaları, laborator nəzarət mərhələləri və məhsul təhlükəsizliyinin təmin olunması mexanizmlərini geniş şəkildə izah edərək tələbələrin suallarını cavablandırıblar.
Bu təşəbbüs Qərbi Kaspi Universitetinin tələbələrinin ixtisas biliklərinin praktik tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təbiət Elmləri kafedrasının təşkilatçılığı ilə baş tutub.







