AZ

Reşfordun arzusunun önündəki əngəl

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, hazırda icarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşfordun sərgilədiyi performans digər Avropa nəhənglərini hərəkətə keçirib.

Msport.az xəbər verir ki, bir müddət öncə PSJ-nin MY-yə rəsmi təklif göndərdiyi ilə bağlı informasiyalar dərc edilmişdisə, artıq digər İspaniya klubunun da 28 yaşlı oyunçunu sıralarına cəlb etməyi arzuladığı iddia olunub.

Bu isə “Atletiko”dur. Madrid klubu Reşfordun transferini reallaşdırmaq üçün ona “Barsa”dakından çox maaş ödəməyə, eləcə də Mançester təmsilçisinin maddi tələblərini qarşılamağa hazırdır. Mənbə Markusun Kataloniya təmsilçisində özünü xoşbəxt hiss etdiyini, amma pul amilinin forvardın qərarını dəyişməsi ilə nəticələnə biləcəyini vurğulayıb.

Qeyd edək ki, bu mövsüm “Barselona” forması ilə 23 matça çıxan Reşford 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
msport.az

1Mənbələr