AZ

Türkiyə ərazisinə daha bir PUA düşdü

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.

    Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.

    Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib.

    Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.

    Seçilən
    71
    10
    manset.az

    10Mənbələr