AZ

Fransadan Azərbaycana pul köçürmələri 3 dəfə artıb

Fransadan Azərbaycana köçürülən vəsaitlərin həcmində kəskin artım qeydə alınıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ilin 9 ayı ərzində bu ölkədən Azərbaycana 19 milyon 27 min manat vəsait daxil olub. Bu da illik müqayisədə 2,8 dəfə və ya 12 milyon 192 min manat artım deməkdir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Fransadan ölkəmizə 6 milyon 835 min manat vəsait köçürülmüşdü.

Seçilən
52
fed.az

1Mənbələr