Politoloq qeyd edib ki, İranla Rusiya proseslərdə yer almaq istəyir, hər cür bəhanəni işə salırlar: “ABŞ-nin bölgədə sülh yaratmaq təşəbbüsü digər münaqişələrlə bağlı mövqeyindən və sülhgətirmə istəyindən daha dəqiqlik və konkretlik qazanıb. Odur ki, İran və Rusiya konstruktiv amillərlə bağlı destruktiv davranan aktor kimi görünmək istəmirlər. Nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı istək, addımlar atmaqda maraq göstərmək istəyirlər. Ermənistanın Türkiyə və İranla sərhədini rus əsgəri qoruyur. O zaman rus əsgəri özündə “haqq tapır” ki, Zəngəzur dəhlizində təhlükəsizliyi rus əsgərləri qoruyacaq. Ukrayna məsələsini, Avropanın sıxışdırılmasını, Zelenskinin şəxsiyyət obrazının birmənalı sorğusunu nəzərə alsaq, deməli, Rusiyaya da məhz indiki məqamda sərf edir ki, dəhliz məsələsində də birbaşa, ya da başqalarını az nəzərə almaqla ABŞ-la danışıqlar aparsın. Ukrayna müharibəsində istədiyi imici qazanmaq baxımından kompromislərə getmək, daha çox buna məcbur qoymaq baxımından belə bir varianta əl atır. Eynilə, gələcəkdə ABŞ–İran diplomatiyası bərpa olunarsa, TRIPP üzərindən Cənubi Qafqazda buna cəhdlər var, Avropa hökumətləri prosesə rəhbərlik etməyəcəklər. Yaxın Şərqdəki proseslər də mütləq nəzərə alınmalıdır. Türkiyə–ABŞ, xüsusilə Yaxın Şərqdə ABŞ-ın Türkiyə ilə əlaqələri, ABŞ–Azərbaycan münasibətləri də nəzərə alınmaqla Ermənistan da daha müstəqil qərarlar almağa başlayıb. Bu məsələdə Türkiyə və Azərbaycanın, daha sonra da Tramp administrasiyası ilə daha da yaxşılaşdırılan münasibətlərin, dəqiqlik qazanan müzakirələrin ciddi payı var”.